Göygöldə baş vermiş qəzada 2 nəfər xəsarət aldı - FOTO
24 avqust 2020 22:44 (UTC +04:00)

Göygöldə baş vermiş qəzada 2 nəfər xəsarət aldı - FOTO

 

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Toğanlı yolunun rayonun Qızılqaya qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2598

Oxşar yazılar