2119
13:07
24 Avqust 2020

Gəncədə saxlanılan keçmiş məmurlara cinayət işi açıldı

Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq işçiləri bu gün məhkəmə qarşısına çıxarılacaq.

APA-nın məlumatına görə, sabiq icra başçısı Elmar Vəliyevin vaxıtnda şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş Əli Rüstəmov və Gəncə Şəhər Nizami rayon İcra hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 178-ci (dələduzluq), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham verilib.

Onlar barəsində təqdimat Binəqədi rayon Məhkəməsinə daxil olub.

Əli Rüstəmovla bağlı təqdimata hakim Vüqar Məmmədov, Məharət Mustafayevlə bağlı təqdimata isə hakim Fərid Əmirəliyev baxacaq.

Qeyd edək ki, hər iki şəxs ötən gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşların keçirdiyi əməliyyat zamanı saxlanılıblar.