Yazıçımızın hekayəsi İngiltərənin ədəbiyyat portalında
24 avqust 2020 11:24 (UTC +04:00)

Yazıçımızın hekayəsi İngiltərənin ədəbiyyat portalında

İngiltərənin populyar ərəbdilli “Əl-Kəlimə” (“Söz”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlının ərəb dilinə tərcümə olunmuş “Kəpənək” əsərinin yayınına başlayıb. Hekayə yazıçının yaradıcılığı haqqında məlumatla təqdim edilib.

Lent.az xəbər verir ki, əsəri ərəb dilinə tanınmış tərcüməçi Əhməd Sami Elaydi çevirib.

Qeyd edək ki, “Əl-Kəlimə” portalı mütəmadi olaraq səhifələrində Nəcib Məhfuz, Təvfiq əl-Həkim, Abbas əl-Aqqad kimi dünya ədəbiyyatı yazarlarının əsərlərinə yer ayırır.

# 1807
avatar

Oxşar yazılar