1019
15:46
24 Avqust 2020

Ermənistanda 2 nəfər də koronavirusdan öldü

Ermənistanda son sutka ərzində 33 nəfər yeni koronavirus infeksiyasına yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən məlumatına görə, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 42 825-ə çatıb.

Son sutkada Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb. Ölkədə bu virusdan ölənlərin sayı 854-dür.

Ermənistanda indiyədək koronavirusdan sağalanların sayı 36 049 nəfərdir, 5666 nəfər müalicə olunur.

Dİgər xəbərlər