06:14
24 Avqust 2020

Moskvada avtobus yük maşını ilə toqquşub: 16 yaralı...

Moskvada Kaluqa magistralının 25-ci kilometrliyində sərnişin avtobusu yük maşını ilə toqquşub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtın Təcili Tibbi Yardım stansiyasından bildirilib.

Daxili İşlər Nazirliyinin qəza nəticəsində 16 nəfər yaralanıb. İkisi uşaq olmaqla, 13 nəfər xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya səbəb yük maşınının əyləcində yaranan nasazlıq olub.

Dİgər xəbərlər