1504
17:57
21 Avqust 2020

Azərbaycanda koronavirusun müalicəsində effektiv dərman yoxdur - Şöbə müdiri

“Azərbaycanda COVID-19-un müalicəsində effektiv dərman hələ ki, yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

O bildirib ki, antiviral dərmanların bəzisi ebola, bəzisi başqa virusların müalicəsində istifadə olunub: “COVID-19-da biz patogenetik müalicə üsulundan istifadə edirik. Müxtəlif vasitələrlə müdaxilələr edirik. Pandemiyanın başlayandan çalışdığımız xəstəxananın reanimasiya şöbəsində immun plazmadan ən çox istifadə edən xəstəxanalardan biriyik. Bu üsuldan bəzi dünya ölkələrindan daha çox və daha erkən istifadə etmişik. İmmun plazma koronavirusdan sağalmış xəstələrin qanından alınan plazmadır. Başda sağalmış xəstələrin buna cəlb olunması ilə əlaqədar çətinliklər var idi. Daha sonra görülən tədbirlərlə sağalmış xəstələr bizə müraciət etməyə başladı. Hələlik dünyada bu üsul müzakirə məsələsidir. Azərbaycanda isə bizim bu üsuldan effekt aldığımız xəstələrin sayı kifayət qədərdir. İmmun plazmadan istifadədə heç bir problemimiz olmayıb”.

Dİgər xəbərlər