19:26
21 Avqust 2020

Soğan niyə göz yaşardır? – Bunları etsəniz...

Yeməklərin hazırlanmasında əvəzolunmaz olan soğan, təbabətdə də geniş istifadə olunur. Təbii bir antibiotik kimi bilinən soğan, eyni zamanda çox faydalıdır. Bəlğəm gətirici xüsusiyyəti ilə fərqlənməsinə, bütün üstünlüklərinə və dadına baxmayaraq, soğan insanları özündən uzaqlaşdıran iki xüsusiyyətə malikdir: qoxusu və göz yaşı. Soğanın niyə gözyaşardıcı olmasına dair sualınız varsa, oxumağa davam edin.

Lent.az xarici KİV-ə istinadən soğanın niyə göz yaşı yaratdığının səbəblərini və onun qarşısını almağın üsullarını təqdim edir:

Aparılan araşdırmalar, soğanın niyə göz yaşına səbəb olması sualının cavabını elmi izah edib. Soğan, mikroblara və böcəklərə qarşı biokimyəvi müdafiə mexanizmini aktivləşdirir və nəticədə bir ferment ifraz edir. Bu ferment soğandakı sulfidləri kükürd oksidinə parçalayır.

Kükürd oksidi qısa müddətdə havada sürətlə yayılır. Havaya yayılan qaz gözə çatdıqda kostik turşusuna çevrilir və göz kanalları tıxanır. Qazın gözyaşları ilə reaksiyası nəticəsində yaranan kükürd turşusu gözü qıcıqlandırdıqda, xarici maddələri çıxarmaq üçün göz yaşlarını buraxır.

Göz yaşının qarşısını necə almaq olar?

"Soğanların niyə gözləri yandırdığı" sualının cavabı qədər, göz yaşının qarşısını almaq yolları da evdar qadınların maraqlandığı mövzuların başındadır. Soğanın gözlərinizi qıcıqlandırmaması üçün bunları edin:

1. Soğanı yarıya bölün və bir az suya batırın. Beləliklə, soğanın acı suyu azalacaq.

2. Soğanı soymazdan əvvəl 1-2 saat soyuducuya qoyun. Bu şəkildə soğanı doğrayarkən gözləriniz yanmaz.

3. Soğanın acı qoxusunun mətbəxə yayılmaması üçün soğanı açıq pəncərənin önündə doğrayın.

4. Soğan doğranarkən ağzınızda şəkər, limon, çörək və s. saxlayın.

5. Soğanı doğrayarkən ağzınıza bir qurtum su götürün və suyu udmadan soğanı doğrayın.

Soğan qoxusunu necə aradan qaldırmaq olar?

Soğan yeməyin dadını dəyişdiyi kimi, xoşagəlməz ağız qoxusu da yaradır. Soğan qoxusundan xilas olmaq üçün aşağıdakı üsulları sınaya bilərsiniz:

Yaşıl çay içmək

Limon suyu içmək və ya limonu yalamaq

Süd içmək

Soğan ana südünün dadını dəyişdirə bilər. Körpənin ana südü içməkdən imtina etməsinin və qazdan narahatlığının əsas səbəbi ananın yediyi soğan ola bilər.

Dİgər xəbərlər