Ermənistanda daha 3 nəfər koronavirusdan öldü
20 avqust 2020 19:06 (UTC +04:00)

Ermənistanda daha 3 nəfər koronavirusdan öldü

Ermənistanda son sutka ərzində 263 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 42 319 nəfərə çatıb. 

Ermənistanda son sutkada daha 3 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 836 nəfərə çatıb.

Ölkədə indiyədək koronavirusdan sağalanların sayı 35 476 nəfərdir.

# 1957
avatar

Oxşar yazılar