19:30
19 Avqust 2020

Qəza baş verdi: göydən ŞOKOLAD YAĞDI

Şokoladları ilə məşhur olan İsveçrədə şokolad fabriklərinin birinin havalandırma sistemində baş verən nasazlıq maraqlı hadisəyə səbəb olub.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sürix və Bazel arasındakı Olten şəhərindəki bir şokolad fabrikinin havalandırma sistemində yaranan nasazlıq nəticəsində küləyə qarışan şokolad tozları, qırıqları fabrikin yaxınlığındakı küçələrə və avtomobillərin üzərinə tökülüb.

Güclü küləyin əsməsi ilə birlikdə şokolad tozu fabrikin ətrafına yayılıb və ərazidə şokolad tozundan ibarət nazik bir toz qatı meydana gəlib.

İstehsalçılar ətrafa yayılan qırıntıların tamamilə zərərsiz olduğunu açıqlayıb.

Dİgər xəbərlər