19:57
19 Avqust 2020

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

Ermənistanda son sutka ərzində 210 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 42 056 nəfərə çatıb.

Ermənistanda son sutkada daha 1 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 833 nəfərə çatıb.

Ölkədə indiyədək koronavirusdan sağalanların sayı 35 226 nəfərdir.

Dİgər xəbərlər