11:16
19 Avqust 2020

Halit Ergenç üzr istədi -FOTOLAR

Xəbər verdiyimiz kimi, Ozan Güvən sosial media mütəxəssisi sevgilisi Deniz Bulutsuzu evdə saatlarla döydüyü səbəbiylə məhkəməyə verilmişdi.

Özündən 17 yaş kiçik sevgilisinə zorakılıq etdiyinə görə 13,5 il həbs cəzasına məhkum edilən Güvən, baş rolu oynadığı “Babil” serialının istehsal şirkəti ilə bağladığı müqavilələrə xitam verdiyi də məlum olub.

Lent.az xəbər verir ki, ötən gün aktyorun həmkarı Halit Ergençin sevgilisini döyən Ozan Güvənə "İnanıram ki, bu davadan alnın ağ çıxacaqsan" deməsi ilə bütün medianı çalxalayıb. Güvənin Babildən ayrılması ilə bağlı açıqlama verən Halit Ergenç deyib:

“Ozanı çox sevirəm, çoxdan tanıyıram. Belə bir hadisə gəldi başına. Heç vaxt şahidi olmamışam ki, belə bir xasiyyəti var. Orada bir şey olub. Ədalət yerini tapacaq. Hər kəs üçün yaxşısı olsun".

Gələn reaksiyalara dair Instaqram hesabında açıqlama verən Ergenç bildirib:

"Üzüldüyüm bir məsələdə, sadəcə bir istək ilə etdiyim açıqlamada öz fikrimi düzgün ifadə edə bilmədiyim üçün məqsədini aşdı. Buna görə çox üzr istəyirəm. Zorakılığın heç bir növünü dəstəkləməyim mümkün deyil. Bu məsələdə zərər çəkmiş və mübarizə aparan hər kəsi məyus etdiyimi başa düşürəm. Razıyam və üzr istəyirəm".

Dİgər xəbərlər