928
10:22
19 Avqust 2020

Müəllimlər bu gün bu fənn üzrə imtahan verir

Bu gün müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənləri üzrə imtahanları keçirilir.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, imtahanlarda 2795 namizədin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, müəllimlərin işə qəbulu imtahanları təxminən 18 gün davam edəcək. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.