1240
12:38
18 Avqust 2020

Usta evdən külli miqdarda qızıl oğurladı

Şamaxı rayonunda mənzildən oğurluq edən şəxs tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı şəhəri, H. Cavid küçəsi ev 19A, mənzil 2 ünvanında yaşayan Mamedzadə Mustafa Surxay oğlu rayon polis şöbəsinə müraciət edərək ona məxsus evdən ümumi dəyəri 14 650 manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxs, Ağdam rayonunun Muradbəyli kəndindən olan məcburi köçkün, Şamaxıda yataqxanada məskunlaşan, 25 yaşlı Nağıyev Ruslan Sərdar oğlu saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, usta kimi həmin evdə istilik sistemini təmir edərkən yataq otağından qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Dİgər xəbərlər