09:44
18 Avqust 2020

Bakıda anbarda yanğın olub

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 650 m² olan anbar kimi fəaliyyət göstərən tikilinin yanar konstruksiyaları 150 m² sahədə yanıb.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Dİgər xəbərlər