03:12
16 Avqust 2020

Moskvada koronavirusdan daha 11 nəfər ölüb

Moskvada koronavirusa yoluxan daha 11 nəfər dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bununla da Moskvada yeni növ virusdan ölənlərin sayı 4656 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl paytaxtda 12 nəfər dünyasını dəyişmişdi.

Dİgər xəbərlər