Evlərdən qızıl oğurlayanlar saxlanıldılar
15 avqust 2020 19:54 (UTC +04:00)

Evlərdən qızıl oğurlayanlar saxlanıldılar

Şamaxı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 25000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini R.Nağıyev saxlanılıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, oxşar hadisə Şirvan şəhərində də qeydə alınıb. 

Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat pul, 300 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2969

Oxşar yazılar