1516
16:14
14 Avqust 2020

Xaricdəki universitetlərdən Azərbaycan ali məktəblərinə köçürülmə QAYDASI

Xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycanın ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan göstəricilər açıqlanıb.

Lent.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, köçürülmə zamanı tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alması, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal), qənaətbəxş akademik göstəriciləri, köçürülmə səbəbləri, DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınacaq.