Fələstin BƏƏ-nin İsraillə razılaşmasını xəyanət adlandırdı
14 avqust 2020 03:20 (UTC +04:00)

Fələstin BƏƏ-nin İsraillə razılaşmasını xəyanət adlandırdı


Fələstin rəhbərliyi cümə axşamı ABŞ-ın təşəbbüsü ilə İsraillə münasibətlərin normallaşdırılması ilə bağlı razılıq əldə edilməsində Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) xəyanətdə ittiham edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin liderinin mətbuat katibi Nabil Əbu Rudeinan bildirib.

O, qeyd edib ki, bununla bağlı Fələstin rəhbəri Mahmud Abbas təcili iclas keçirib: “Fələstin ərəb dövlətlərini BƏƏ-nin yolu ilə getməməyə çağırır. Fələstin rəhbərliyi qardaşlarına ABŞ-ın təzyiqlərinə tabe olmamaqla bağlı xəbərdarlıq edir”.

Məlumat üçün bildirək ki, BƏ) və İsrail arasında diplomatik əlaqələrin qurulması barədə razılıq əldə edilib. BƏƏ İsraillə diplomatik əlaqələri bərpa edən ilk ərəb ölkəsidir.

# 1843
avatar

Oxşar yazılar