Azərbaycanda qeyri-adi göbələk tapıldı - FOTO
13 avqust 2020 12:28 (UTC +04:00)

Azərbaycanda qeyri-adi göbələk tapıldı - FOTO

İsmayıllı sakini öz həyətində qeyri-adi göbələk tapıb. 

Lent.az-a bölgə müxbirinin verdiyi məlumata görə, rayon sakini Elman Süleymanov həyətyanı sahəsində yetişdirdiyi tərəvəz və bostan məhsullarını toplayarkən ölçüsü 20x25 santimetr, çəkisi 3 kiloqrama yaxın olan göbələk aşkar edib. 

Adətən kiçik ölçüdə və yüngül çəkidə olan göbələyin belə böyük olması hamını təəcübləndirib.     

Şahnəzər Bəşirov

# 3589
avatar

Oxşar yazılar