19:46
11 Avqust 2020

Bu ölkədən daha 74 vətəndaşımız Azərbaycana gətiriləcək

Avqustun 12-də Gürcüstandan daha 279 nəfər Azərbaycana təxliyə ediləcək.

Bu barədə APA -nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə edilənlərdən 74-ü Azərbaycan, 202-si Gürcüstan, 2-si Rusiya və 1-i Ukrayna vətəndaşıdır.

Təxliyə edilənlər avqustun 11-də Tbilisidə COVID-19 testindən keçiriliblər və nəticələr gün ərzində Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək.

Neqativ cavab alan şəxslərə COVID pasportu veriləcək və onlar avqustun 12-də saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından ayrılmış xüsusi ayrılmış 5 avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yollanacaqlar. Təxliyə edilənlər Azərbaycanda karantinə alınmayacaqlar.