Karantini pozan restoran sahibi cərimələndi
11 avqust 2020 14:46 (UTC +04:00)

Karantini pozan restoran sahibi cərimələndi

Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminin tələblərinə riayət etməyən restoran müəyyən ediblər.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Katex kəndində yerləşən “Fontan” restoranında masaların bir-birinə yaxın qoyulduğu, müştərilərin sosial məsafə gözləmədən əyləşdikləri aşkarlanıb.

Qaydalara əməl etməyən obyekt sahibi Ruslan Osmanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, 3 min manat cərimələnib.

# 1978
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar