Dənizdə batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB
10 avqust 2020 17:33 (UTC +04:00)

Dənizdə batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

 

Dənizdə (Novxanı kəndi, qeyri-çimərlik ərazi) batan 16 yaşlı Ağamirzəyev Rasim Sanalı oğlunun axtarışları başa çatıb.

Lent.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, R.Ağamirzəyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

15:39

Abşeron rayonunda bir nəfər dənizdə batıb.

Lent.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

# 3295
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar