3514
17:03
08 Avqust 2020

Beyrutda partlayışda yaralanan səfirin arvadı öldü

Livanın Beyrut limanında meydana gələn partlayışda ağır yaralanan Hollandiyanın bu ölkədəki səfirinin həyat yoldaşı dünyasını dəyişib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfir Jan Valtmans və həyat yoldaşı Hedviq Valtmans-Molyer bir həftə əvvəl öz ölkələrində tətillərini başa vurub çalışdıqları Beyrut şəhərinə gəlibmiş.

Səfir və arvadı hadisə baş verən vaxt yaşadıqları evdə olublar.

Hollandiya Xarici İşlər Nazirliyi səfirin xanımından başqa aralarında səfirlik əməkdaşlarının da olduğu 6 Hollandiya vətəndaşının yaralandığını açıqlamışdı.

Hadisədən sonra Hollandiya Beyrutdakı vətəndaşlarına kömək məqsədilə bu ölkəyə 67 nəfərdən ibarət xilasetmə heyəti də göndərib.