
Türkiyə kəşfiyyatı Beyrutdakı partlayışın səbəbini araşdırır

Türkiyə kəşfiyyatı Beyrut limanındakı partlayışın səbəbini araşdırır.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofyada cümə namazından sonra jurnalistlərinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı hər hansı dəqiq məlumat əldə edilməyib.
“Beyrutdakı partlayışın miqyası çox böyükdür. Bu, həqiqətən çox böyük fəlakətdir. Türkiyə bu məsələdə Livanı tək qoymayacaq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan Yunanıstanla Misir arasında Şərqi Aralıq dənizi ilə bağlı imzalanan müqaviləyə də münasibət bildirib. O qeyd edib ki, bu müqavilənin Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur.
Ərdoğan vurğulayıb ki, Yunanıstan müttəfiq olaraq verilən vədlərə əməl etmədiyi üçün “Barbaros Xeyrəddin” gəmisi Şərqi Aralıq dənizində yenidən araşdırma fəaliyyətinə başlayıb.

Oxşar yazılar

Aleksey Navalnı Moskvada saxlanıldı
17 yanvar 2021 , 22:32
Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydləri hara gedib? - ÜSTÜ AÇILDI
17 yanvar 2021 , 19:01
Türkiyədə Rusiya gəmisi batdı
17 yanvar 2021 , 14:41
SOS: Yerin temperaturu pik həddə çatacaq
17 yanvar 2021 , 08:22
ABŞ-da məhkumlara gün boyu kameralardan çıxmaq QADAĞAN EDİLİR
17 yanvar 2021 , 08:00
Vaşinqtona 9,5 min hərbçi gətirildi - SƏBƏB
17 yanvar 2021 , 07:22
Antalya - Moskva marşrutu üzrə uçan təyyarə qəza enişi etdi
17 yanvar 2021 , 05:20