Bakıda qəza bu prospektdə tıxac yaratdı  - FOTO
07 avqust 2020 15:07 (UTC +04:00)

Bakıda qəza bu prospektdə tıxac yaratdı - FOTO

Bakının Ziya Bünyadov prospektində 20 yanvar dairəsi istiqamətində (Atatürk prospekti ilə kəsişmədə körpüyə qalxan hissədə) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumatda qeyd olunub ki, hazırda hadisə baş verən hissəyədək sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən hərəkət sxemi həmin ərazidən keçən 5 müntəzəm və 1 ekspres xətt üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb. Bu kimi hallar öz növbəsində qarşıdakı dayanacaq məntəqələrində o cümlədən avtobuslarda sıxlıqların yarannasına səbəb olur.

# 1882
avatar

Aygün İbrahimli

Oxşar yazılar