Gündə nə qədər qarpız yemək olar?
07 avqust 2020 12:23 (UTC +04:00)

Gündə nə qədər qarpız yemək olar?


Qarpız yayın ən çox sevilən məhsullarından biri, bəlkə də birincisidir. Yayda demək olar ki, hər gün qarpız yeyilir. Və çoxları qarpızı çox miqdarda qəbul edir. Çoxlu miqdarda qarpız yemək düzgündürmü? Qarpızı məhdudiyyətsiz qəbul etmək olarmı?

Lent.az e-tibb.az-a istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, qarpızı kim nə qədər istədi yeyə bilməz, qədərini bilmək, normada qəbul etmək lazımdır. Qarpız - beta-karoten, A, B5, B6 vitaminləri ilə, silisium (Yer kürəsində oksigendən sonra ən çox yayılmış ikinci element) habelə kalsium, maqnezium, kalium, natrium, dəmir və digər faydalı maddələri özündə  ehtiva edir. Bundan başqa, qədərində  istifadəsi aclıq hissini ələ almağa kömək edir və  arrıqlamaq istəyənlər üçün köməkçi rolu oynaya bilər. Amma bir şərtlə, yeyiləndə miqdarı gözlənilsin.

Qarpızın hər 100 qramına 5-10 qrama qədər şəkər düşür. Bu, birincisi, mədəaltı vəzinin həddindən artıq yüklənməsi deməkdir. İkincisi, onun nəzarətsiz istifadəsi artıq çəkiyə gətirib çıxara bilər. Mütəxəssislər hesab edir ki, böyüklər gündə 400-500 qrama, uşaqlar isə 300-400 qrama qədər qarpız yeyə bilərlər.

# 7171
avatar

Oxşar yazılar