Həbsxanalarda koronavirusla bağlı vəziyyət necədir? - AÇIQLAMA
07 avqust 2020 11:48 (UTC +04:00)

Həbsxanalarda koronavirusla bağlı vəziyyət necədir? - AÇIQLAMA

“Pandemiya dövründə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Eyni zamanda, Operativ Qərargahın verdiyi tövsiyələrə əməl olunur”.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi müavini İftixar Qurbanov deyib.

O bildirib ki, Tədbirlər Planı hazırlanıb və əks-epidemik tədbirlərə başlanılıb: “Bütün müəssisələr üzrə sanitar-mühafizə postları qurulub. Hər bir müəssisədə infeksiyaya nəzarət üçün bütün maddi-texniki baza yaradılıb. Bu hazırkı dövrdə də davam etdirilir. Penitensiar müəssisələrə daxil olan bütün avtomobillərin dezinfeksiyası aparılır, eyni zamanda məhbusların arasında tibbi maska taxmaq və sosial məsafə saxlamaqla bağlı maarifləndirici işlər aparılır”.

İ. Qurbanov pandemiyanın yayıldığı ilk vaxtlardan penitensiar müəssisələrin əməkdaşlarının infeksiya ilə mübarizə sahəsində maarifləndirildiyini diqqətə çatdırıb: “Bununla bağlı mütəxəssislər ayrılıb, həmin mütəxəssislər müxtəlif kurslar keçiblər. İnfeksiyanın aşkarlanması üçün əməkdaşlar müəyyənləşib və onlara yaxmanı götürmək və laborator müayinəyə göndərmək üçün biliklər aşılanıb. Demək olar bütün penitensiar müəssisələrdə epidemioloji olaraq gərgin mühit yoxdur, infeksiyaya nəzarət tədbirləri davam etdirilir. Hazırda əsas işimiz hazırda infeksiyaların aşkarlanmasına, kontaktların nəzarətdə saxlanılmasına və müalicənin həyata keçirilməsinə yönəlib”.

# 1960
avatar

Oxşar yazılar