Azərbaycanda partiya sədri sürcülük hüququndan məhrum edildi
06 avqust 2020 15:12 (UTC +04:00)

Azərbaycanda partiya sədri sürcülük hüququndan məhrum edildi

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib.

Lent.az-ın avtosfer.az-a istinadən məlumatına görə, buna səbəb partiya sədrinin çoxsaylı ödənməmiş cərimələrinin olmasıdır. Eyni zamanda o, çoxsaylı qayda pozuntusuna yol verdiyi üçün cərimə ballarının sayı da sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olub. 

Saytın əməkdaşı Hafiz Hacıyevin “Azadlıq” prospektində qayda pozuntusunun şahidi olub. Yol polisi əməkdaşları ona "saxla" işarəsi versə də, Hafiz Hacıyev tabesizlik göstərərək ərazidən uzaqlaşıb və maşını ofisinin qarşısında saxlayaraq gedib. Polis əməkdaşları ərazidə onun axtarışına başlasalar da, tapa bilməyiblər. Sonra nə baş verdiyi məlum deyil. 

Bundan sonra Avtosfer.az araşdırma aparıb və məlum olub ki, partiya sədrinin sürücülük hüququ iyul ayının 27-də məhdudlaşdırılmasına baxmayaraq, hələ də avtomobil idarə edir.

# 3070
avatar

Oxşar yazılar