Oğurluq edən keçmiş məhkum saxlanıldı
05 avqust 2020 17:04 (UTC +04:00)

Oğurluq edən keçmiş məhkum saxlanıldı

İmişlidə məktəbdən oğurluq olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Otuziki kənd orta məktəbinin inzibati binasında qeydə alınıb. Həmin məktəbdən 5500 manat dəyərində 6 ədəd noutbuk və 1 ədəd televizor oğurlanıb.

İmişli rayon polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunan 25 yaşlı Musa Fərahim oğlu Məlikov saxlanılıb.

# 1897
avatar

Oxşar yazılar