Karantin qaydalarını pozan daha bir çayxana aşkarlandı  - FOTO
05 avqust 2020 16:19 (UTC +04:00)

Karantin qaydalarını pozan daha bir çayxana aşkarlandı - FOTO

DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Yalama Polis Bölməsi əməkdaşları xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, bölmə əməkdaşları Xudat stansiyasının inzibati ərazisində xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Polis əməkdaşları tərəfindən həmin obyektin fəaliyyəti dərhal dayandırılıb, sahibi Vaqif Canbaxışov və orada olan dörd müştəri barəsində qanuna müvafiq qaydada tədbir görülüb.

# 5416
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar