Sel və daşqınlar çoxalacaq - XƏBƏRDARLIQ
05 avqust 2020 13:38 (UTC +04:00)

Sel və daşqınlar çoxalacaq - XƏBƏRDARLIQ

Dünya üzrə havanın temperaturu getdikcə yüksəlir. Elm adamları istiləşmə nəticəsində yaranacaq sel və daşqınların artacağını anons edir.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gələcək 30 il ərzində dünya üzrə 23 milyon insan sel və daşqınların mənfi təsirinə məruz qalacaq.

Mütəxəssislər insanların təsiri, qasırğaların artması və dənizlərin qabarmasıyla sel və daşqınların daha tez-tez baş verəcəyini açıqlayıb.

Ən pis ehtimal olaraq, sahillərdə qlobal ümumi məhsulun təxminən 20 faizinə bərabər olan 14,2 trilyon dollar dəyərindəki aktivlərin bu əsrin sonlarına qədər yoxolma ilə üzləşə biləcəyi bildirilir.

Qlobal istiləşmə buzların əriməsinə səbəb olur.

Bu vəziyyət isə onu göstərir ki, əvvəlki əsrlərdə 100 ildə bir baş verən sellər 21-ci əsrdə 10 ildən bir olacaq.

Sel və daşqınlara görə ən çox risk daşıyan bölgələr isə Cənub-Şərqi Çin,

Avstraliyanın şimalı, Banqladeş və Hindistandır.  

 

 

 

 

 

# 4327
avatar

Aygün İbrahimli

Oxşar yazılar