15:54
31 İyul 2020

Koronavirusa qarşı 25 namizəd peyvənd sınaq mərhələsindədir


“Koronavirusa qarşı qınaq mərhələsində olan 25 namizəd peyvənd artıq insan sınaqları mərhələsindədir. Peyvəndlərin 3-cü və 4-cü mərhələyə keçməsi gözlənilir”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda səfərdə olan missiyasının rəhbəri David Novillo Ortiz deyib.

O bildirib ki, hazırda koronavirusa qarşı hazırlanma mərhələsində 265 namizəd peyvənd var: “Bəzi peyvəndlər 1-ci və 2-ci mərhələdədir. Onlar növbəti aylarda 3-cü mərhələyə keçəcək. Rusiyanın da namizəd peyvəndi barədə məlumatlıyıq. Nə qədər çox namizəd peyvənd olsa, uğur qazanmaq şansı o qədər çoxdur. Hazırda isə uğur qazanmaq səviyyəsi 10% civarındadır. ÜST peyvəndlər və digər vasitələr üçün qlobal çərçivə hazırlayıb”.

Dİgər xəbərlər