1399
09:28
31 İyul 2020

Mehriban Əliyeva Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib


Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

APA xəbər verir ki, Mehriban Əliyeva bu barədə özünün “facebook” səhifəsində paylaşım edib: “Əziz həmvətənlərim!

Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!”