Traktorla toqquşan avtomobilin sürücüsü hadisə yerində öldü
31 iyul 2020 08:55 (UTC +04:00)

Traktorla toqquşan avtomobilin sürücüsü hadisə yerində öldü


Cəlilabadda yol qəzası ölümlə nəticələnib. 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza Göytəpə şəhəri ərazisində baş verib.

Şəhər sakini, Mehdi Xasay oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə traktor toqquşub. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1993-cü il təvəllüdlü Asim Ramiz oğlu Allahverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1593

Oxşar yazılar