12:07
29 İyul 2020

Bakıda jurnalistin evindən oğurluq olub - FOTO

APA İnformasiya Agentliyinin müxbiri Ramiz Mikayıloğlunun yarımtikili həyət evindən oğurluq olub.

Lent.az -ın məlumatına görə, hadisə iyulun 27-də Bakı şəhəri, Binəqədi qəsəbəsində baş verib.

Həyət evindən alüminium materialdan hazırlanmış pəncərələr xüsusi alətlərlə sökülürək oğurlanıb. Ümumilikdə dəyən ziyanın məbləği 2500 manatdan çoxdur.

Faktla bağlı Binəqəd Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.

Dİgər xəbərlər