Bu naqilsiz qulaqlıqların qiyməti hər kəsi ŞOK edir
28 iyul 2020 14:51 (UTC +04:00)

Bu naqilsiz qulaqlıqların qiyməti hər kəsi ŞOK edir

OnePlus şirkəti yeni Nord smartfonu ilə birlikdə özünün OnePlus Buds adlı ilk naqilsiz qulaqlıqlarını da təqdim edib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, şirkətin ilk naqilsiz qulaqlıqlarının özəllikləri arasında uzun müddət çalışma, sürətli şarj texnologiyası, smartfonla sürətli sinxronizasiya və münasib qiymət var. Xarici görünüşcə OnePlus Buds qulaqlığı Apple AirPods-u xatırladır. Lakin qulaqlıqların şarj keysi Pixel Buds 2-nin şarj keysinə bənzəyir.

    Qulaqlıqları keysdən çıxardan zaman onlar avtomatik şəkildə smartfona qoşulurlar. Həmçinin istifadəçi qulaqlıqları qulağından çıxaran zaman musiqi avtomatik olaraq dayanır və əgər istifadəçi onları yenidən qulağına taxarsa musiqi qaldığı yerdən davam edir. OnePlus Buds-da ətraf səs-küyün boğulması funksiyası da reallaşdırılıb.

    OnePlus Buds-ın əsas özəlliklərindən biri də onun çalışma müddətidir. Şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra bu qulaqlıqlar 7 saata qədər çalışa bilirlər. Keys vasitəsilə şarj prosesini nəzərə alaraq isə onlar 30 saata qədər çalışa bilərlər. Warp Charge adlı sürətli şarj texnologiyası vasitəsilə 10 dəqiqə şarj olunandan sonra OnePlus Buds ilə 10 saat musiqi dinləmək olar. Naqilsiz OnePlus Buds 79 dollar qiymətində satılır və 27 iyul tarixində satışa çıxacıb. 

 

# 6163
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar