"Azenko"nun direktorunun qəzada ölməsi ilə bağlı YENİ GÖRÜNTÜLƏR yayıldı
28 iyul 2020 10:40 (UTC +04:00)

"Azenko"nun direktorunun qəzada ölməsi ilə bağlı YENİ GÖRÜNTÜLƏR yayıldı

Ötən gün "Azenko" MMC-nin direktoru Zəkəriyyə Poladovun yol qəzasında dünyasını dəyişməsilə bağlı yeni görüntülər yayılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Abşreon rayonu ərazisində baş verib.

Belə ki, Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovun idarə etdiyi “NİSSAN” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 136540
avatar

Mehman Nəbiyev

Oxşar yazılar