15:30
27 İyul 2020

Bakıda iki nəfər bıçaqlandı


Bakıda iki nəfər bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Sadıqova Xədicə Daxil qızı qeyri rəsmi münasibətdə yaşadığı, Eyvazov Əkbər Tapdıq oğlu ilə yaşadıqları evdə birlikdə olarkən oraya qadının keçmiş həyat yoldaşı gəlib. Qadının keçmiş əri Əkbər Eyvazovu, Əkbər Eyvazov isə birlikdə olduğu Xədicə Sadiqovanı bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər