Karantin qaydalarına məhəl qoymayan kafe sahibi həbs olundu
27 iyul 2020 11:50 (UTC +04:00)

Karantin qaydalarına məhəl qoymayan kafe sahibi həbs olundu

Tərtərdə karantin qaydalarının tələblərinin pozulduğu kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının  tədbirlər zamanı şəhər ərazisində fəaliyyət göstərən “Qrand” kafesində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb. Karantin qaydalarını kobud şəkildə pozan həmin obyektin sahibi – R. Süleymanov inzibati qaydada həbs edilib, müştəriləri olan digər 4 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2611

Oxşar yazılar