04:10
27 İyul 2020

Kütləvi dava zamanı biri qadın olmaqla, 4 nəfər bıçaqlanıb


Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən kafelərin birində qeyd alınıb.

56 yaşlı Şahid Aslanov, 49 yaşlı Mərdan Əliyev, 33 yaşlı Elvin Abbasov və 33 yaşlı Türkan Şamayeva bıçaq xəsarətləri ilə Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər