1678
13:00
25 İyul 2020

Əvvəllər məhkum olunmuş avtomobil oğrusu uzaq gedə bilmədi


İyulun 23-də Bakı şəhər sakini S. Məlikova məxsus "Hyundai" markalı avtomobilin Xətai rayonu ərazisindən qaçırılması barədə 35-ci Polis Bölməsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA -ya verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R. Rzayev Qala qəsəbəsi ərazisində avtomobili idarə edərkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.