8332
20:33
24 İyul 2020

Tibb işçilərinin əməkhaqlarına müddətli əlavə müəyyənləşdi


Nazirlər Kabineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” barədə qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən edilib.

Müəyyən edilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il iyulun 1-dən oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.