14:37
23 İyul 2020

Ermənilərin əkin sahəsinə atdığı partlamamış top mərmisi zərərsizləşdirildi - FOTO

İyulun 20-də səhər saat 9:49-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisinə 1 ədəd mərminin düşməsi barədə məlumat daxil olub.

Lent.az -ın məlumatına görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları təhlükəsizlik qaydalarını nəzərə alaraq cari ilin 22 iyul tarixində həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamamış 122 mm-lik top mərmisinin (OF-56-1) aşkar olunub. Top mərmisinin partladıcısı (RQM-2) üzərində olduğuna görə, cari ilin iyulun 23-də yerində zərərsizləşdirilib.

Top mərmisinin ətrafında 50 kv.m əraziyə yerüstü, 5 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Dİgər xəbərlər