09:43
23 İyul 2020

Bakının mərkəzində evdən ov silahları oğurlandı

Bakıda mənzildən ov silahları oğurlanıb.

Lent.az -ın məlumatına görə, Bakıxanov küçəsində mənzillərin birindən 3500 manat dəyərində ov silahları, 3000 ABŞ dolları dəyərində saatlar, çantalar və ayaqqabı oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 30 yaşlı Əli Allahverdiyev və 29 yaşlı Etibar Cabbarov tutulublar.

Dİgər xəbərlər