Argentinalı futbol ulduzu Lionel Messi MLS-in ulduzlar oyunu üçün açıqlanan heyətə daxil edilib.
Lent.az xəbər verir ki, bu barədə MLS-in rəsmi saytında məlumat verilib.
İyulun 29-da Şimali Karolina ştatının Şarlott şəhərindəki "Bank of America" stadionunda keçiriləcək qarşılaşmada MLS ulduzları Meksika çempionatının ulduzlar komandası ilə üz-üzə gələcəklər.
Heyətdə yer alan futbolçular:
Qapıçı: Brayan Şveyk ("Neşvill").
Müdafiəçilər: Entoni Markaniç ("Minnesota Yunayted"), Mbekezeli Mbokazi ("Çikaqo Fayr"), Tim Rim ("Şarlott"), Endi Naxar ("Neşvill").
Yarımmüdafiəçilər: Sebastyan Berhalter ("Vankuver Uaytkeps"), Zavyer Qozo ("Real Solt Leyk"), Hani Muxtar ("Neşvill").
Hücumçular: Uqo Keypers ("Çikaqo Fayr"), Son Hın Min ("Los-Anceles"), Lionel Messi ("İnter Mayami").
MLS ulduzlar komandasının baş məşqçisi, "Şarlott" klubunu çalışdıran Din Smit daha 13 futbolçu seçəcək. Daha iki oyunçu ilə bağlı qərarı isə liqanın komissarı Don Qarber verəcək.