Moskvada azərbaycanlılarla ermənilər arasındakı problemə Kremldən MÜNASİBƏT
20 iyul 2020 14:16 (UTC +04:00)

Moskvada azərbaycanlılarla ermənilər arasındakı problemə Kremldən MÜNASİBƏT

“Rusiya Ermənistan və Azərbaycan arasında münaqişənin tezliklə nizamlanmasına ümid edir. Bu, həmin ölkələrdən Rusiya Federasiyasına gələnlərin, burada olanların emosional vəziyyətini normallaşdırmağa da kömək edəcək".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bilirsiniz ki, Moskvada, ümumilikdə Rusiyada çoxlu sayda azərbaycanlı və erməni yaşayır, onların hamısı Rusiyanın hörmətli vətəndaşlarıdırlar. Mən miqrantlardan savayı Rusiya vətəndaşları olanları nəzərdə tuturam, hansı ki, onların hamısı bizim cəmiyyətin hörmətli üzvüdür. Məlumdur ki, Ermənistan-Azərbaycan sərhədindəki eskalasiya bu vətəndaşları etinasız qoya bilməz. Əlbəttə ki, onlar öz reaksiyalarını emosional formada ifadə edirlər", - deyə Peskov Moskvada azərbaycanlılarla ermənilər arasında ticarət sahəsində yaşanan problemə münasibət bildirərkən vurğulayıb.

 

Kremlin sözçüsü Rusiyanın tərəfləri təmkinli olmağa, dərhal atəşkəs rejiminə riayət etməyə və hər hansı güc tətbiqini dayandırmağa çağırdığını xatırladıb.

"Ona görə də ümid edirik ki, bu vəziyyət nə qədər tez nizamlansa, emosional fon da bir o qədər tez normal istiqamətə dönəcək", - deyə o qeyd edib

# 5299
avatar

Oxşar yazılar