3457
13:02
20 İyul 2020

Azərbaycanda FACİƏ: 6 yaşlı uşağı vurub öldürdü

Qubada ölümlə nəticələnən yol qəzası olub.

DİN mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, iyulun 19-da saat 18 radələrində Quba şəhəri ərazisində şəhər sakini E.Əliyev idarə etdiyi “VAZ-2104” markalı avtomobillə velosiped sürən həmyerlisi, 6 yaşlı Bəkiri vurub. Xəsarət almış uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.