3244
17:02
17 İyul 2020

Həftəsonu Ziya Bünyadov prospektində hərəkət qadağan ediləcək - SƏBƏB

Aparılan təmir işləri ilə əlaqədar olaraq 18-19 iyul tarixlərində Ziya Bünyadov prospektinin “Karl Marks dairəsi” kimi tanınan ərazisinin köməkçi yolunun bir hissəsində “Xutor dairəsi” istiqamətində hərəkət müvəqqəti məhdudlaşdıırılacaq.

Bu barədə Lent.az -a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin əsas yolundan, həmçinin həmçinin Azadlıq prospekti, Cəfər Xəndan, Eldar babayev, 22-ci Dağlıq və Hüseyin Seyidzadə küçələrindən istifadə edə bilərlər.

"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə məlumatda bildirilib.