676
14:20
15 İyul 2020

İranda COVID-19-a yoluxanların sayı 264 561 nəfərə çatdı


İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 199 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 13 410 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 388 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 264 561 nəfərə çatıb.