Ermənilərin artilleriya atəşi nəticəsində mülki şəxs HƏLAK OLDU
14 iyul 2020 12:47 (UTC +04:00)

Ermənilərin artilleriya atəşi nəticəsində mülki şəxs HƏLAK OLDU

İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub. 

Lent.az-ın məlumatına görə, şəhid olan şəxs Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944 cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğludur. 

Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür.

Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nıticəsində mülki vıtəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub.

Beynəlxalq ictimaiyyət, ATƏT MQ həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınamalıdırlar.

# 48472
avatar

Mehman Nəbiyev

Oxşar yazılar